EN

Tərəvəzlərin qiyməti bu tarixdən kəskin dəyişəcək

Son zamanlar ən aktual məsələlərdən biri də tərəvəzlərin baha olması ilə bağlıdır. Vətəndaşlar aprel ayından kartof, soğan, pomidorun baha satıldığını və almaqda çətinlik çəkdiklərini bildirirlər.

NOCOMMENT.az xəbər verir ki, iqtisadçı Ruslan Atakişili Globalinfo.az-a bahalaşmanın bir neçə səbəbinin olduğunu qeyd edib.

Onun sözlərinə görə, tərəvəzin qiyməti onun yetişdirilmə qaydasından asılıdır:

“Bu gün marketlərdə ucuz qiymətə də tərəvəz var. Qiymətlər növdən asılı olaraq dəyişir. Məsələn, istixanalarda xüsusi metodla hazırlanan tərəvəz baha olur. Torpaqda və açıq havada yetişən məhsul isə ucuz satılır. Hətta yerli təzə kartoflar 1,40 manata, təzə soğan 1,10 manata təklif edilir. 3-4 manata olanlar ötən ildən qalandır. Yekunlaşır deyə, baha satırlar. Digər tərəfdən də baha satılan xırda kartoflar yerli deyil. Onları da başqa ölkələrdən yuyub gətirir, sonra baha verirlər. Maya dəyəri 2,50 manata olanı 1,50 manata satası deyillər axı. İnsanlar işin bu tərəfini də fikirləşməlidirlər”.

İqtisadçı deyib ki, yaxın vaxtlarda soğanları çıxarıb 30-40 qəpiyə satacaqlar:

“Soğan 30-40 qəpiyə olan vaxtı alverçilər bunun hamısını o qiymətə alıb, xüsusi anbarlarda saxlayacaqlar. Bunu da payıza kimi təbii ki, soyuducularda, ambarlarda saxlamaq lazımdır. Bunların saxlanılması üçün də gündəlik ödəniş edirlər. Ona görə də payız, qış və yazda qiymətlər baha olur. Yayda isə birbaşa yerdən çıxarıb satırlar, məhsul bol olur deyə ucuz qiymətə satılır. Onu da qeyd edim ki, məhsulu başqa ölkəyə çıxaranda da daxili bazara baha qiymətə təklif edirlər”.

Chosen
0
2
nocomment.az

3Sources