Ukrayna Milli Qvardiyasının 6 yüksək vəzifəli əməkdaşı agentlikdə aparılan axtarışlar fonunda tutduqları vəzifələrdən uzaqlaşdırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Milli Qvardiyanın Baş İdarəsinin maddi-texniki təchizat şöbəsinin 6 yüksək vəzifəli əməkdaşı tutduqları vəzifədən kənarlaşdırılıb. Daxili İşlər Nazirliyi xidməti araşdırmaya göstəriş verib”, – məlumatda qeyd olunub.