EN

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Fəxri xiyabanı ziyarət edib

İqtisadiyyat Nazirliyinin rəhbərliyi müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq Fəxri xiyabanı ziyarət edib.

Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı önünə güllər qoyulub.

Ümummilli Liderin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, onun zəngin siyasi irsi, strateji inkişaf ideyaları və müdrik idarəçilik təcrübəsi hər birimiz üçün daim örnək olacaq.

Chosen
0
3
vergiler.az

4Sources