"İlk danışıqlarda (erməni tərəfi ilə - red.) çətinlik çəkirdim. O vaxtlar bir siqaret də çəkirdim. Daxilən əsəbiləşirdim, amma bunu göstərmirdim. O dövrdə danışıqlarda gündə bir "paçka" siqaret gedirdi. Əlbəttə, sonra atdım".
Bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AStar TV-də Ülvira Qarayeva ilə müsahibəsində danışıb.
"İstər-istəməz qarşında düşməni görürsən. O vaxtlar Səfər Əbiyevlə birlikdə təcili tapşırıq aldıq. Bizə atəşkəs lazım idi ki, hərbçilər görüşsünlər. Səfər müəllimlə təmas xəttinə getdik. Gördük ki, Qukasyan (qondarma DQR-in ikinci "prezidenti" - red.) belində tapança ilə gəlib", - T.Zülfüqarov qeyd edib.
Ətraflı videoda: