Almaniyada Şimal-Şərq Regional Liqasının 33-cü turu start götürüb.
"Football-plus.az" xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi Berlin "Dinamo"su səfərdə "Herta"nın ikinci komandasıyla qarşılaşıb və qələbə qazanıb - 2:1.
90 dəqiqə meydada olan Dadaşov qələbə qolunun müəllifi olub. O, 56-cı dəqiqədə penalti zərbəsi ilə son nöqtəni qoyub.
"Dinamo" 48 xalla 8-ci yerdə qərarlaşıb.