Premyer Liqada 34-cü turunun "Sabah" - "Şamaxı" oyunu zamanı stadionun projektorunda problem yaranıb.
Sportinfo.az xəbər verir ki,"Bank Respublika Arena"da işıqlar iki fərqli vaxtda sönüb.
Eyni hal ikinci dəfə yaşandıqdan sonra baş hakim Fərid Hacıyev 42-ci dəqiqədə matçı dayandırıb.
Bir neçə dəqiqəlik fasilədən sonra oyun dayandırıldığı yerdən davam etdirilib.