EN

Türk dronları ilə güc nümayişi – Hindistan sərhəddində böyük itki - VİDEO

Hindistan Müdafiə Nazirliyi Pakistanın 8-9 may tarixlərində sərhəd bölgələrində yerləşən Hindistan hərbi birliklərinə qarşı Türk istehsalı olan 300-400 ədəd pilotsuz uçuş aparatından (İHA) istifadə etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, rəsmi məlumata görə, bu hücumlar nəticəsində Hindistan Silahlı Qüvvələrinin bir sıra mövqeləri məhv edilib və ciddi itkilər qeydə alınıb. Nazirlik hücumların koordinasiyalı və kütləvi şəklində həyata keçirildiyini, bunun isə döyüş meydanında yeni taktik yanaşmanın göstəricisi olduğunu bildirib.

Hazırda bölgədə vəziyyət son dərəcə gərgin olaraq qalır və hər iki tərəf mümkün eskalasiyaya qarşı əlavə tədbirlər görür. 

 

Musavat.com

Chosen
0
50
musavat.com

10Sources