Hazırda Pakista və Hindistan arasında şiddətli toqquşmalar davam edir.
2025-ci il mayın 7-dən başlayaraq Hindistan və Pakistan arasında sərhəd bölgələrində gərginlik artmaqdadır.
Musavat.com xəbər verir ki, son günlərdə hər iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı atəş və dron hücumları müşahidə olunub.
Hindistan Silahlı Qüvvələrinin məlumatına görə, Pakistan ordusu Cammu və Kəşmir bölgəsində yerləşən beynəlxalq sərhədin müxtəlif sektorlarında atəşkəsi pozaraq Hindistan mövqelərinə hücum edib. Bu hücumlar zamanı ağır artilleriya və avtomatik silahlardan istifadə olunub.
Eyni zamanda, Pakistan ordusunun təxminən 300-400 ədəd pilotsuz uçuş aparatı ilə Hindistanın qərb sərhədləri boyunca hava məkanını pozduğu və hərbi infrastruktur obyektlərinə yönəldiyi bildirilib. Hindistan Hərbi Hava Qüvvələrinin məlumatına görə, bu dron hücumlarının qarşısı alınıb və bir çoxu zərərsizləşdirilib.
Hər iki ölkə sərhəd bölgələrində hərbi qüvvələrini artırmaqda davam edir və vəziyyətin daha da gərginləşməsi ehtimalı qalmaqdadır.
Hazırda sərhəd boyu hava hücumları davam edir. Həmin görüntüləri təqdim edirik:
Musavat.com