"Sabah" Misli Premyer Liqasının 34-cü turunda doğma meydanda  "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəlib.

Rekord.az xəbər verir ki, Masazır  təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Bizim üçün vacib qələbədir. Bu qalibiyyət komandanı emosional cəhətdən daha da inkişaf etdirəcək. Bu gün pis oynamadıq. Sadəcə olaraq buraxdığımız qolda taktiki səhvə yol verdik. Ümumi götürsək, oyundan məmnunam". (Sportal)