EN

"Sabah" "Şamaxı"nı məğlub etdi -

Misli Premyer Liqasında XXXIV tura start verilib. Metbuat.az-ın məlumatına görə, açılış matçında "Sabah" "Şamaxı"nı qəbul edib.Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 3:1. Meydan sahiblərinin qollarını 12 və 72-ci dəqiqədə İqor Noqeyra, 90+3-cü dəqiqədə Pavol Safranko vurub.Qonaqlardan Leroy Mikels 26-cı dəqiqədə adını tabloya yazdırıb.Bu nəticədən sonra xallarının sayını 44-ə çatdıran "Sabah" beşinci pillədə qərarlaşıb, "Şamaxı" isə 36 xalla yeddinci sıradadır.

Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.

Chosen
0
8
metbuat.az

10Sources