Bu gün Belqorod vilayətinin qubernatorunun müavini Aleksandr Lorenz Ukraynanın pilotsuz təyyarəsinin Belqorodda administrasiya binasına endirdiyi zərbə nəticəsində xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov "Teleqram" kanalında məlumat verib.
Qlakdov qeyd edib ki, dronun Belqorod vilayətinin hökumət binasına endirilməsi nəticəsində iki nəfər xəsarət alıb. Rosqvardiya zabiti bud nahiyəsindən qəlpə yarası ilə xəstəxanaya aparılıb.
Həmçinin partlayış zamanı qubernatorun müavini Alexander Lorenz də binanın yaxınlığında olub. O, beyin silkələnməsi və digər zədələr alıb. Lakin Lorenz yalnız "Əbədi məşəl" önünə gül dəstələri qoyduqdan sonra regional klinik xəstəxanaya gedib. O, müalicəsini ambulator şəraitdə davam etdirəcək.