EN

Üç rayonda yanğın oldu

BAKI, 9 may, TELEQRAF

Göygöl rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Göygöl rayonunun Balçılı kəndində ümumi sahəsi 120 m² olan tövlənin çardağının yanar konstruksiyaları 30 m² sahədə və içərisində yığılan 2 ton ot bağlaması yanıb.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Masallı rayonunun Mollahəsənli kəndində ümumi sahəsi 221 m² olan fermanın yanar konstruksiyaları 78 m² sahədə və içərisində yığılan 1 ton ot bağlaması yanıb. Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İmişli rayonunun Murğuzalılı kəndində ümumi sahəsi 25 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Chosen
0
teleqraf.com

1Sources