Türkiyənin DEM (Xalqların Bərabərlik və Demokratiya) Partiyasının Vandan olan millət vəkili Pervin Buldan avtomobil qəzasına düşüb.
Sitat.info "Haber Global" telekanalına istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi İtaliyanın paytaxtı Romada qeydə alınıb.
Bildirilir ki, hadisə içərisində deputatın olduğu avtomobilin sürücüsünün səhv yola çıxması səbəbindən baş verib.
Bundan başqa, P.Buldana qarşı sui-qəsdə cəhd göstərilməsi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi qeyd olunub.