“Eyüpspor”un ba məşqçisi Arda Turan karyerasını Ukraynada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis bor müddətdir “Şaxtyor” klubu ilə danışıq aparır. Artıq tərəflər arasında razılıq əldə olunduğu bildirilir. Hazırda müqavilənin son detalları müzakir olunur.
Qeyd edək ki, Arda Turan 2023-cü ilin aprel ayında “Eyüpspor”un baş məşqçisi təyin olunub. İstanbul klubu 38 yaşlı məşqçinin rəhbərliyi altında 1-ci Liqada çempionluq yaşayıb.