EN

Tramp: ABŞ və Avropa Ukraynaya sülh gətirməyə çalışacaq

Tramp ABŞ-nin Avropa ilə birlikdə Ukrayna və Rusiya arasında davamlı atəşkəsə nail olmağa çalışacağını bildirib.

ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında uzunmüddətli sülhə nail olmaq üçün Avropa ilə birgə səylər göstərəcəyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

“Ukraynada hər həftə minlərlə gənc hərbçi həyatını itirir və hər kəs bu vəziyyətin sona çatmasını istəməlidir. Mən də bunu istəyirəm, Amerika Birləşmiş Ştatları da istəyir. Prezident kimi Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün avropalı tərəfdaşlarımızla çalışacağam. Bu, uzunmüddətli sülh olacaq. Atəşkəs sonda sülh sazişinə gətirib çıxarmalıdır. Bütün bunları çox tez etmək olar və xidmətlərim tələb olunarsa, hər an hazır olacağam”, – deyə Tramp qeyd edib.

Chosen
0
6
operativmedia.az

6Sources