Rusiya və Ukrayna ilə danışıqlar davam edir. ABŞ tərəfləri 30 günlük qeyd-şərtsiz atəşkəsə çağırır”. SİA xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb. “Ümid edək ki, məqbul atəşkəs əldə olunacaq və hər iki ölkə bu birbaşa danışıqların toxunulmazlığını qoruduğuna görə cavabdehlik daşıyacaq. Əgər atəşkəsə əməl olunmasa, ABŞ və tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcək”, - Tramp qeyd edib. O, həmçinin Avropa ölkələri ilə birlikdə Rusiya və Ukrayna arasında sülhün təmin edilməsinə sadiq qaldığını vurğulayıb. “Bu atəşkəs sonda sülh razılaşmasına gətirib çıxarmalıdır. Bütün bunları çox tez etmək olar və xidmətlərimə ehtiyac olarsa, mən hazır olacam”, - ABŞ lideri bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta