EN

Tramp: Rusiya və Ukrayna arasında sülhün təmin olunmasına sadiq qalacağam

Vaşinqton, 9 may, AZƏRTAC

Rusiya və Ukrayna ilə danışıqlar davam edir. ABŞ tərəfləri 30 günlük qeyd-şərtsiz atəşkəsə çağırır.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, ümid etdiyini bildirib ki, atəşkəsə əməl olunacaq və hər iki ölkə birbaşa danışıqlar üçün məsuliyyət daşıyacaqlar.

“Əgər atəşkəsə əməl olunmasa, ABŞ və tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcək. Minlərlə gənc əsgər hər həftə ölür və hamı bunun dayandırılmasını istəməlidir. Mən və Amerika Birləşmiş Ştatları bunu istəyirik. Prezident kimi mən Avropa ilə birlikdə Rusiya və Ukrayna arasında sülhün təmin olunmasına sadiq qalacağam və bu, davamlı sülh olacaq. Bu atəşkəs son nəticədə sülh sazişinə doğru aparmalıdır. Bunların hamısı çox tez edilə bilər və mənim xidmətimə ehtiyac yaranarsa, istənilən zaman əlçatan olacağam”,- deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
0
1
azertag.az

6Sources