EN

Naftalanda müalicə olunan şəhid ailələri ziyarət olunub



Xalqımızın azadlığı və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələri dövlətin və cəmiyyətin daim diqqət və qayğısı ilə əhatə olunurlar.

Newscenter.az xəbər verir ki, Yevlax və Naftalan Şəhər İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşan sosial layihə çərçivəsində Yevlax şəhərindəki bir qrup şəhid ailəsi beynəlxalq turizm mərkəzi Naftalan şəhərində fəaliyyət göstərən “Sun City Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində müayinədən keçərək müalicə alır, istirahət edirlər.

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və Naftalan Şəhər İcra Hakimiyyətinin Başçısı Vüqar Novruzov “Sun City Naftalan”da Yevlaxdan olan şəhid ailələrini ziyarət edib, onlara yaradılan şəraitlə tanış olub, müalicə prosesi ilə maraqlanıblar.

Görüş zamanı vurğulanıb ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu ailələr hər zaman dövlətin xüsusi himayəsindədir. Torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın ailələrinə göstərilən bu diqqət onların müqəddəs fədakarlığına verilən ən ali dəyərin ifadəsidir.

Səmimi söhbət zamanı Şəhid ailələri onlara, eləcə də bütün şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə edib, onların müalicə və istirahəti üçün yaradılan şəraitin diqqət və qayğının əyani təzahürü olduğunu bildiriblər.

Süleyman
Chosen
0
newscenter.az

1Sources