Gecədə qiraətçilər Əməkdar mədəniyyət işçisi, şair, publisist Bəxtiyar Muradov, AMEA Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova, İmamverdi Vəliyev, Əsgər Məmmədov, Lalə Həsəncan, Zülfiyyə Yaqub şairin “Getmək istəyirsən bəhanəsiz get”, “Dəli bir ağlamaq keçir könlümdən”, “Biri var idi, biri yox idi”, “Oğru olmaq istəyirəm”, “Etiraf”, “Dünən toyun idi”, “Müəllim”, “Yoxdursa”, “Bir gün görəcəksən”, “Bir sevda ağlayır”, “Sevənlər deməyəydi” və “Nələr gördüm bu dünyada” şeirlərini səsləndiriblər.


