Rusiya Prezidenti Vladimir Putin Moskvaya gələn xarici ölkələrin liderlərinin şərəfinə təntənəli şam yeməyi açaraq, Qələbəni yaradanlara, sülhə və Rusiya Federasiyasının dostlarının şərəfinə badə qaldırıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Putin müttəfiq dövlət başçıları qarşısında çıxış edib.
Mayın 6-da Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Böyük Vətən Müharibəsində qazanılan Qələbənin 80 illiyi şərəfinə Moskvada keçiriləcək paradda 29 xarici ölkə liderinin iştirak edəcəyini bildirib. Sonradan məlum olub ki, Moskvaya 27 dövlət başçısı gələcək: Laosun rəhbəri Thonqloun Sisoulit və Azərbaycan prezidenti İlham Əliyev səfərlərinin ləğv olunduğunu elan ediblər.