"Fənərbaxça"nın prezidenti Ali Koç yeni mövsüm transferləri barədə açıqlamalar verib. Metbuat.az xəbər verir ki, o, bildirib ki, Joze Mourinyo növbəti mövsüm üçün hesabatını təqdim edib. "Fənərbaxça"nın prezidentinin sözlərinə görə, yeni mövsüm üçün heyətə 4 yüksək səviyyəli futbolçu cəlb edilə bilər və heyətdən futbolçular ayrılarsa yeni transferlərin sayı 5-6-ya yüksələ bilər. Ali Koç daha güclü komanda qurmaq istədiklərini ifadə edib. Ali Koç Tadiç və Dzeko ilə müqavilənin mövsümün sonunda yekunlaşacağını və bu futbolçularla yeni müqavilə imzalaya biləcəklərini ifadə edib.