EN

Azarkeşlər onu seçdilər

A seriyasında azarkeşlərin ümumi rəyinə əsasən, cari mövsümün ən yaxşı məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasyada “Roma”nın baş məşqçisi Klaudio Ranyeri qalib gəlib.

73 yaşlı mütəxəssis “Napoli”nin baş məşqçisi Antonio Konteni qabaqlayaraq 58 faiz səslə 1-ci yeri tutub. Ranyerinin mükafatı iyunun 5-dən 7-dək Riminidə keçiriləcək tədbirdə alacağı bildirilib.

O, paytaxt komandasını 2024-cü ilin noyabrından çalışdırır. “Roma” Ranyerinin rəhbərliyi altında İtaliya çempionatında keçirdiyi 19 oyunda 14 qələbə qazanıb, 5 dəfə heç-heçə edib. Komanda hazırda 35 oyuna 63 xalla turnir cədvəlində 5-ci yeri tutur.

1Sources