Mayın 8-də Almaniya Xarici İşlər Nazirliyi İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı X sosial şəbəkəsində (keçmiş Twitter) rus dilində mesaj yerləşdirib.
“Tariximizdə 1945-ci il mayın 8-i kimi dərin iz qoyan ikinci gün demək olar ki, yoxdur. Bu, təkcə nasist rejimi tərəfindən hüquqlarından məhrum edilmiş və işgəncələrə məruz qalan milyonlarla insanın qurtuluş günü deyil”, - bəyanatda deyilir.
Departament əlavə edib ki, Almaniya öz azadlığını müttəfiq ölkələrinin verdiyi böyük fədakarlıqlara borcludur.