Almaniya kansleri Fridrix Merz II Dünya Müharibəsi zamanı nasional-sosialistlərin cinayətlərinə görə Polşaya təzminat ödənilməsi məsələsinin Almaniya hökumətində qanuni olaraq bağlandığını bəyan edib.
" Mümkün təzminatlarla bağlı hüquqi məsələlər həll olunub, lakin bu o demək deyil ki, biz birgə layihələr və birgə gələcəyimizi necə görmək barədə ümumi ideyalar haqqında danışa bilmərik", - kansler vurğulayıb.
Merz qeyd edib ki, bütün Avropa İttifaqının təhlükəsizliyini qorumaq üçün ona üzv olan ölkələr dəstək hiss etmək və xarici təhdidlərə qarşı sığınacaq tapmaq üçün sadəcə bir yerdə olmalıdırlar.