EN

Xalq artisti Prezidentin fərdi təqaüdünə layiq görüldü: "Ən xoşbəxt günlərimdən biridir"

Prezident İlham Əliyevin sərəncamı ilə Xalq artisti Sabir Novruz oğlu Məmmədov mədəniyyətin inkişafında xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
 
Moderator.az bildirir ki, Oxu.az təəssüratını öyrənmək üçün Sabir Məmmədovla əlaqə saxlayıb.
 
"Xəbəri eşidəndə çox sevindim. Göstərilən diqqətə görə ölkə başçımıza təşəkkürümü bildirirəm. Hər bir sənət adamının ən çox ehtiyacı olan şey diqqətdir. Bu diqqəti görürsənsə, demək ki, xoşbəxtsən. Bu gün belə xoşbəxt günlərdən biridir mənim üçün. Hər şey üçün çox sağ olun", - deyə S.Məmmədov bildirib.
 
Chosen
0
moderator.az

1Sources