EN

Mövsümün son “El-Klasiko”sunu o idarə edəcək

Futbol üzrə İspaniya La Liqasının XXXV turunda keçiriləcək “Barselona” – “Real Madrid” oyununun hakimi açıqlanıb.
 
Moderator.az İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmi saytına istinadən xəbər verir ki, mövsümün son “El-Klasiko”su Alexandro Xose Ernandes Ernandesə tapşırılıb. Mayın 11-də təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
 
Hazırda Kataloniya klubu 79 xalla turnir cədvəlinə başçılıq edir. Əzəli rəqibindən 4 xal geri qalan Madrid təmsilçisi 2-ci pillədə qərarlaşıb.
 
Chosen
0
2
moderator.az

4Sources