İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 11-də növbəti dəfə torpaq hərracı keçirəcək. 1news.az bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərraclar ƏMDX-nın Sumqayıt, Salyan, Yevlax, Ağcabədi, Qax və Oğuz ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 16 torpaq sahəsi çıxarılacaq. Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.