COP29-un prezidenti Muxtar Babayev Danimarka kralı X Frederik ilə görüşüb.
Bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Görüşdə həmçinin COP30-un prezidenti Andre Korrea du Laqu, Danimarkanın iqlim, energetika və kommunal xidmətlər naziri Lars Aaqaard, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Samyon Stil iştirak ediblər.