EN

“Beşiktaş” bu futbolçu ilə danışıqlara BAŞLADI

"Beşiktaş" növbəti mövsüm üçün yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, İstanbul klubu "DAK 1904"də çıxış edən Mahmudu Baconu transfer etmək istəyir.

"Beşiktaş" rəsmiləri qambiyalı dayaq yarımmüdafiəçisi üçün Slovakiya klubu ilə danışıqlara başlayıb. "DAK 1904" 20 yaşlı oyunçu üçün 3 milyon avro təzminat və növbəti satışdan pay tələb edir. Klublar arasında danışıqlar davam edəcək.

Qeyd edək ki, "DAK 1904" Mahmudu Baconu mövsümün əvvəlində "Podbrezova"dan 350 min avroya transfer edib.Gənc futbolçu komandanın heyətində 31 rəsmi matçda meydana çıxıb.

Bizim.Media

Chosen
0
2
bizim.media

3Sources