EN

Süni intellektin aqrar məkanı

Finss.az - Gələn həftə Bakıda təşkil olunacaq “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Texnoloji Transfer və İnnovasiya Şöbəsinin müdiri Nərmin Kərimli, sərgilərin açılışına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Kərimli forumda müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli, süni intellektin aqrar sahədə tətbiqi, aqrar sığorta sisteminin inkişaf perspektivləri, dayanıqlı qida sistemləri, kənd təsərrüfatı və qida elmləri sahəsində təcrübə mübadiləsi, innovativ kənd təsərrüfatı, aqrar sahədə qadınların rolu kimi vacib mövzuların müzakirə ediləcəyini bildirib.

Forumda həmçinin davamlı kənd təsərrüfatına investisiya, aqrar sektorda kiçik və orta biznes subyektlərinin gücləndirilməsi, kənd təsərrüfatı ticarəti, dəyər zəncirləri və qida bazarları kimi aktual mövzulara toxunulacaq. Tədbir çərçivəsində ikitərəfli işgüzar görüşlər və müxtəlif təlimlər də təşkil ediləcək.

Forumda 200-dən çox beynəlxalq və yerli nümayəndənin, o cümlədən rəsmi şəxslərin və ekspertlərin iştirakı gözlənilir.

Chosen
0
1
fins.az

4Sources