BAKI, 8 may. TELEQRAF
Dövlət Neft Şirkətində (SOCAR) həyata keçirilən transformasiya layihəsi çərçivəsində karbohidrogen ehtiyatlarının idarə olunmasında yeni mərhələyə start verilib.
Teleqraf xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Teleqraf xəbər veri ki, şirkətdə bu istiqamətdə SPE/PRMS standartlarına keçid prosesinə başlanılıb.
Qeyd edək ki, SPE/PRMS standartları neft və qaz ehtiyatlarının və resurslarının qiymətləndirilməsi üçün beynəlxalq standartdır. Neft Mühəndisləri Cəmiyyəti (Society of Petroleum Engineers - SPE) tərəfindən hazırlanmış Neft Ehtiyatlarının İdarə Edilməsi Sistemi (Petroleum Resources Management System - PRMS) ehtiyatları və resursları texniki və iqtisadi meyarlara görə təsnif edir. Sistem karbohidrogen ehtiyatlarının ardıcıl və etibarlı şəkildə müəyyən edilməsi, təsnifatı və qiymətləndirilməsi üçün hazırlanıb.