EN

ABŞ müdafiə nazirinin şifrələri internetə sızdırıldı

ABŞ müdafiə nazirinin parolları internetə sızdırılıb.

Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb.

Pentaqon rəhbəri Pit Heqsetin bir sıra internet saytlarına daxil olmaq üçün istifadə etdiyi parolların bəziləri həmin saytlara edilən kiberhücumlar nəticəsində ifşa edilib.

Bu vəziyyət Heqsetin hərbi məlumatları paylaşmaq üçün şəxsi cihazlardan istifadə etməsi ilə bağlı yeni sual və mübahisələrə səbəb olub.

Məlum olub ki, bu parol Heqsetin müxtəlif şəxsi e-poçt hesabları üçün dəfələrlə istifadə edilib. Başqa sözlə, hakerlər bu e-poçt hesablarından birinə giriş əldə edərlərsə, bu o deməkdir ki, onlar digər parolları da sıfırlaya bilərlər.

Qeyd edilib ki, bir çox amerikalı kimi, Heqset də şifrələri daha asan xatırlamaq üçün eyni paroldan istifadə edib.

Kibertəhlükəsizlik üzrə ekspertlərin fikrincə, Heqsetin telefon nömrəsini tapmaq asan olduğu üçün bu həm də o deməkdir ki, o, hakerlər və xarici kəşfiyyat təşkilatları üçün potensial hədəf ola bilər.

"Siqnal" mesajları internet üzərindən təhlükəsiz şəkildə göndərilsə də,əvvəllcədən cihaza zərərli proqram yüklənibsə, telefona yazılan mesajlar ələ keçirilə bilər.

Qeyd edək ki,  P.Heqset  daha əvvəl də bir jurnalistin səhvən əlavə edildiyi “siqnal” qrupda ABŞ-nin Yəmənə hücum planlarını paylaşaraq müzakirələrə səbəb olmuşdu.

Billurə Yunus
 

Chosen
0
olke.az

1Sources