EN

Bu məşhur azərbaycanlı xanım tələbə qızları əxlaqsızlığa cəlb edirmiş - DETALLAR

Bu məşhur azərbaycanlı xanım tələbə qızları əxlaqsızlığa cəlb edirmiş - DETALLAR

Tiktokçu Mahirə Marandskayanın cinayət iş üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.

Təqsirləndirilən tiktokerin cinayət işi Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrlik etdiyi prosesdə araşdırılacaq.

Xatırladaq ki, Mahirə Marandskaya Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

24 yaşlı Mahirə Marandskaya Cinayət Məcəlləsinin 243.1 (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham olunaraq barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

Tiktoker Mahirə insan alverində GÜNAHLANDIRILIR

Sözugedən cinayət işində 10-a yaxın qadın zərərçəkən kimi tanınıb. Onların arasinda universitet tələbələrinin də olduğu deyilir.

Əgər onun cinayət əməli sübuta yetirilərsə, tiktokeri bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, son 1 il ərizində Mahirə Marandskaya eyni cinayət əməlini təkrar edib. O, bundan əvvəl də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə eyni ittihamla cinayət məsuliyyətinə cəlb olunmuşdu . Himayəsində azyaşlı uşaq olduğundan o, məhkəmə qərarı ilə cərimə edilmişdi/unikal.az

Azərbaycanda məşhur tiktoker insan alverində İTTİHAM EDİLİR - DETALLAR

Chosen
0
7
qlobal.net

10Sources