Bakı. Trend:
Abşeron rayonunda keçirilən növbəti əməliyyat zamanı 37 yaşlıElvin Quliyev tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onunidarə etdiyi avtomobilə baxış zamanı 14 kiloqram tərkibinə zərərlimaddələr əlavə edilmiş marixuana, eləcə də 5 kiloqram heroin vəmetamfetamin aşkarlanıb.
E.Quliyev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqlaaraşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindəngötürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldəetmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edilir ki, Daxili İşlər Nazirliyinin Baş NarkotiklərləMübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinqanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.