Süni intellektə əsaslanan görüntü emal alqoritmi ilə təchiz edilmiş TRG-122 raketi hədəfi uğrula vurub.
“Poliqon” xəbər verir ki, bunu “SavunmaSanayiST”ə açıqlamasında “Roketsan” şirkətinin baş direktoru Murat İkinci deyib.
O bildirib ki, ballistik raketlər, əslində yüksək çəkindirmə qabiliyyətinə malik raketlərdir və “Roketsan” qurulduğu gündən bəri bu sistemləri istehsal edərək Türkiyə Silahlı Qüvvələrinin inventarına qazandırır.
“Ballistik raketlərin üzərindəki naviqasiya, görüntüləmə, hədəfləmə və yanacaq texnologiyaları hər keçən gün dəyişir və üzərinə yeni əlavələrlə daha yüksək səviyyələrə çatdırılmağa çalışılır. Balistik raketlərimizin hazırda ən müasir nümunəsi seriyalı istehsalda olan “Tayfun” raketimizdir. “Tayfun” raketinin seriyalı istehsalı davam etdirir, eyni zamanda yeni bloklarla bu raketin imkanlarını artırmağa çalışırıq. Son həyata keçirdiyimiz uzaqmənzilli sınaq atışında “Tayfun” raketi kilometrlərlə uzaqdakı hədəfi bir metrdən az sapma ilə vurmaq qabiliyyəti qazandı”, – deyə M.İkinci qeyd edib.
Onun sözlərinə görə, “Roketsan” balistik raketlərin üzərinə görüntü emalı alqoritmlərini və süni intellekti də inteqrasiya edir: “Bu çərçivədə ilk sınağımızı 122 raketimizlə həyata keçirdik və çox uğurlu nəticələr əldə etdik. Artıq növbəti mərhələdə balistik raketlər, üzərlərindəki görüntü emalı alqoritmləri və sensorlar sayəsində daha dəqiq zərbə qabiliyyətinə sahib olacaqlar”.