EN

İrəvan Ağsaqqallar Şurasının üzvünə məxsus avtomobili yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

İrəvan Ağsaqqallar Şurasının "Ana Ermənistan" blokundan olan üzvü Gevork Stepanyanın ailəsinə məxsus avtomobili yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

"Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb", - o qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, saxlanılan şəxs istintaq orqanına təhvil verilib, araşdırma davam edir.

Xatırladaq ki, mayın 6-da gecə saatlarında İrəvanda G.Stepanyanın ailəsinə məxsus avtomobil yandırılıb. Naməlum şəxslər avtomobilin pəncərəsini sındıraraq salonu yandırıblar. Xəsarət alan olmayıb. "Ana Ermənistan" fraksiyasının rəhbəri Manuk Sukiasyan baş verənlərə görə hazırkı hakimiyyəti məsuliyyətə cəlb edib. Daha sonra İstintaq Komitəsi cinayət işi açıb.

Chosen
0
2
report.az

3Sources