EN

Rafael Fiziyev Bakıya nə vaxt gələcəyini açıqlayıb

Rafael Fiziyev "UFC Fight Night" turnirində iştirak etmək üçün Bakıya nə vaxt gələcəyini deyib.

İdman.biz xəbər verir ki, azərbaycanlı MMA döyüşçüsü ölkəmizə tədbirə bir həftə qalmış təşrif buyuracaq.

Fiziyev bunu "Vestnik MMA" YouTube kanalına açıqlamasında deyib: "Həmişəki kimi Bakıya turnirə bir həftə qalmış - şənbə günü gələcəm. Bazar ertəsi isə birbaşa hazırlıq başlayacaq. Bakı aran ərazidədir və orada Tailanddakından daha az rütubət var, ona görə də mənim üçün daha asan olacaq".

UFC-nin yüngül çəki reytinqində 11-ci olan Fiziyev cari ilin sonunda kimi divizionun çempionu görməsi ilə bağlı suala da cavab verib.

Azərbaycanlı döyüşçünün fikrincə, İslam Maxaçov kəmərini qoruyub saxlayacaq, İlya Topuriya ondan titulu ala bilməyəcək: "Yüngül çəkidə mübarizə hazırda çox çətindir, amma düşünürəm ki, İslam çempionluq kəmərini qoruyub saxlayacaq, çünki o, nizam-intizamlı və bacarıqlı insandır".

Hazırda Maxaçov üçün rəsmi döyüş təyin olunmayıb, ona görə də o, həm çempionluq kəmərini qoruya, həm də ikinci titul üçün yarımorta çəki dərəcəsinə yüksələ bilər.

Qeyd edək ki, iyunun 21-də “Baku Crystal Hall”da keçiriləcək UFC turnirində Fiziyev çilili döyüşçü İqnasio Bahamondeslə qarşılaşacaq.

İdman.biz

Chosen
0
1
idman.biz

2Sources