EN

Finalın adı: PSJ - "İnter" olacaq!


UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub. İkinci cavab matçı ilə sonuncu yarımfinalçı da müəyyənləşib. PSJ 1 həftə əvvəl məğlub etdiyi "Arsenal"la “Park de Prens”də qarşılaşıb. Görüş Paris təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Luis Enrikenin komandası ümumilikdə 3:1 hesabı ilə üstün olaraq finala adlayıb. Fransa klubu həlledici oyunda İtaliya "İnter"i ilə üz-üzə gələcək. Qeyd edək ki, final matçı mayın 31-də Münhendə keçiriləcək.

Mətləb

Chosen
0
baki-xeber.com

1Sources