EN

"Ermənilər: "İranlılar Ermənistana sərxoş olmağa, qızlara görə gəlirlər" - Qərbi Azərbaycan Xronikası

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Rus jurnalist: İrəvanın mərkəzinə axşamlar ancaq sonsuz sayda fahişə çıxır" adlı süjet hazırlanıb.

BAKU.WS xəbər verir ki, verilişdə türklərə məxsus İrəvan şəhərinin məhəllələrində baş verən hadisələrdən bəhs olunur.

Bildirilir ki, İrəvanı tikən yerli əhali qovulandan sonra bura yerləşən ermənilər yüz il öncə özlərinə yeni şəhər düzəldiblər: "Bu şəhərin evlərindən didərgin düşən əhalisi Vətən həsrəti ilə yaşayır, onların evlərində, məhəllələrində baş verən mənzərəni isə qrafik reportaj janrında yazıları ilə tanınan Viktoriya Lomasko "İrəvana səyahət. Qadınlar Ermənistanı dəyişəcək Yerevanda kimlər yaşayır?" adlı məqaləsində dəqiqliklə göstərib.

Rus jurnalist İrəvanın əsl sahibinin azərbaycanlılar olduğunu sübut edir və yazır ki, Ermənistanda ermənilərdən başqa kimsə yaşamır: "Ermənistanda cüzi azsaylı xalqlar təcrid olunub. Ermənilər onlara ikrahla "fars" deyirlər. İranlılar Ermənistana sərxoş olmağa, qızlara görə gəlirlər. İrəvanın mərkəzinə axşamlar ancaq sonsuz sayda fahişə çıxır. İrəvanın yerli əhalisi köçəndən sonra, burada məskunlaşan qadınlar Ermənistanı dəyişəcək".

Onun yazdığına görə, köhnə müsəlman mənzərəli İrəvan tam dağıdılıb: "Təpəbaşında yaşayan ermənilər azərbaycanlıların evində yerləşdikləri üçün mülk sənədləri yoxdur. Təpəbaşında türklərin evində yaşayan ermənilər buranı lənətlənmiş yer hesab edirlər. Burada tələm-tələsik ermənilərə əmlak sənədi verilməyə başlayıb".

Süjetdə İrəvanda azərbaycanlılara qarşı törədilən qətliamın şahidi olan şəxslərin sözlərinə də yer verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsi tarixi torpaqlarımızın adının yaşadılması, azərbaycanlıların deportasiyası və silinmiş toponimlərin, maddi-mədəniyyət nümunələrinin dünyaya tanıdılması məqsədi daşıyır.

Chosen
0
1
far.az

10Sources