EN

Ledi Qaqanın konsertində terror aktına cəhd olunub

Braziliya polisi amerikalı müğənni Ledi Qaqanın konsertində törədilməsi planlaşdırılan terror aktının qarşısını alıb.

Konserti 2 milyondan çox insan izləyib. Bu barədə Rio-de-Janeyro ştatının Mülki Polisi məlumat yayıb.

Polisin saytında dərc olunan press-relizdə deyilir ki, mülki polis Ledi Qaqanın konserti zamanı partlayışın qarşısını alıb. Həmçinin qeyd edilir ki, cinayətkarlar vətəndaşları, o cümlədən yeniyetmələri əldəqayırma partlayıcı qurğular və molotov kokteyli ilə hücumlar təşkil etmək üçün cəlb ediblər.

Ötən gün Ledi Qaqanın Rio-de-Janeyrodakı Kopakabana çimərliyində 2 milyondan çox insanın iştirak etdiyi pulsuz konserti baş tutub.

 

Gülnar

Chosen
0
anews.az

1Sources