Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov Hankuk Xarici Dillər Universitetinin (HUFS) prezidenti, professor Park Conq Vun ilə görüş keçirib.
Referans xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabı məlumat yayıb.
Görüşdə HUFS və Azərbaycan universitetləri arasında akademik və elmi əməkdaşlıq perspektivləri, eləcə də HUFS-un Türkiyəşünaslıq-Azərbaycanşünaslıq kafedrasının fəaliyyətinə dair müzakirələr aparılıb.