EN

Acunun "Survivor"dan uzaqlaşdırdığı iştirakçı ağladı - VİDEO

Survivor All Star - Könüllülər komandasında gərginlik getdikcə artır. Son olaraq, Almeda və Batuhanın bir evdən ərzaq və şəxsi qulluq məhsulları götürdükləri müəyyən edildikdən sonra təcili toplantı çağırılıb.

Acun Ilıcalı, Almedanın komandadakı işçilərlə təmas qurub-qurmadığının araşdırılacağını bildirmiş və 6 may axşamı keçirilən konsey toplantısında yekun qərarını açıqlamışdı.

Acun Ilıcalı Almeda Baylanın yarışma zamanı 4 işçiyə qarşı fiziki zorakılıq tətbiq etdiyini bildirib. Almeda isə əsəbdən nə etdiyini bilmədiyini, etdiyi hərəkətlərdən peşman olduğunu deyərək göz yaşlarını saxlaya bilməyib.

Acun Ilıcalı qərarı belə açıqlayıb:

"Dostlarımızla apardığımız qiymətləndirməyə görə, 4 əməkdaşımıza və bir iştirakçı dostumuza fiziki müdaxilə olub. Hansı tərəfdən baxsaq da, bu, qəbulolunmaz bir vəziyyətdir. Ümumiyyətlə, insanlar pis bir şey etdikdə 'gözüm döndü' deyirlər. Əgər gözün dönürsə, həyatın verdiyi nəticələrlə də üzləşməlisən. Biz bütün pozitiv yanaşmalarımıza baxmayaraq, etdiyini yüngülləşdirəcək bir səbəb tapa bilmədik. Bu etdiyin hərəkət, yarışmadan kənar bir çox insana zorakılıq tətbiq etməkdir. Survivor tarixində də bu, nadir hallarda baş verib. Bu çərçivədə verdiyimiz qərara əsasən, səni Survivor-dan diskvalifikasiya edirik."

Almeda göz yaşları içində bir şans daha istəsə də, Acun Ilıcalı ona belə cavab verib:

"Görüntüləri gördükdən sonra sən də niyə diskvalifikasiya olunduğunu anlayacaqsan. Onları sənə göstərəcəyik."

Almeda ilə birlikdə bir evdən ərzaq və şəxsi qulluq məhsulları götürən Batuhan da cəza alıb.

Acun Ilıcalı Batuhana belə deyib:

"2 gün yoxluq adasında qalacaqsan, 5 mükafatdan yararlana bilməyəcəksən. Bu, bizim üçün ədalətli bir qərardır."

Survivor Almeda Baylan kimdir?

Almeda 1999-cu ildə Osmaniyedə anadan olub. Survivor Almeda Baylan üzgüçülük və dalğıclıqla yaxından maraqlanır. Survivor-dan əvvəl üzgüçülük məşqçisi kimi çalışıb.

Almeda Baylanın Instagram-da 200 minə yaxın izləyicisi var. Almeda, Ercan Baylan ilə evlidir.

Lalə Qüdrətova
Milli.Az

Chosen
0
1
milli.az

2Sources