EN

Dünyanın diqqəti Asiyaya yönəldiyi bir vaxtda Netanyahu qanlı planının düyməsinə basdı

Hindistan və Pakistan arasında müharibə dünyanın gündəmində olduğu bir vaxtda İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında yeni qanlı planını həyata keçirmək üçün qollarını çırmalayıb.

Turkustan.az xəbər verir ki, İsrail 19 aydır hücum etdiyi Qəzza zolağına yeni hərtərəfli hücuma və daimi işğala və təxminən 2 milyon fələstinlini cənubundakı Rəfah şəhərinə qovmağa və işğalını daimi etməyə hazırlaşır. 7 oktyabr 2023-cü ildən bəri əksəriyyəti qadın və uşaq olmaqla 52 mindən çox mülki şəxsin öldürüldüyü Qəzza zolağında daimi işğal üçün başlanacaq hərtərəfli hücumlarla ölənlərin daha da ağır ölçülərə çatacağına dair qorxular var.

İsrail hazırlamağa başladığı daimi işğal planı ilə dünyanın ən sıx məskunlaşdığı yerlərdən biri olan Qəzzədən 2 milyona yaxın fələstinlini daha əvvəl işğal etdiyi cənubdakı Rəfah bölgəsinə zorla köçürməyi planlaşdırır.

İsrail mediası bildirib ki, Təl-Əviv hökumətinin “Gideonun arabaları” adlandırdığı planının məqsədi Həması “İsrail üçün məqbul şərtlərlə” məhbus mübadiləsinə razılıq verməyə məcbur etmək və hərəkatın “hərbi gücünü” məhv etməkdir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
0
turkustan.az

1Sources