EN

Dünya Alpaqut Federasiyasının nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib

Dünya Alpaqut Federasiyasının (DAF) nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib.

DAF-dan 90deqiqe.Az-a bildirilib ki, səfər zamanı Özbəkistanın idman naziri Adxam İkramov və onun müavini Şaxrulla Maxmudovla görüş keçirilib.

Dünya Alpaqut Federasiyasını Fəxri prezident və İdarə Heyətinin üzvü Fərid Əlizadə, İdarə Heyətinin sədri Vasif Namazov, İnkişaf və Araşdırmalar üzrə vitse-prezident Tural Abasquliyev və Federasiyanın Asiya üzrə səlahiyyətli nümayəndəsi Alfiya Kalmaqanbetova təmsil edib.

Görüşdə alpaqut döyüş sənətinin Mərkəzi Asiya regionunda inkişaf perspektivləri, təşkilati məsələlər və tərəflər arasında mümkün əməkdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılıb. Həmçinin Özbəkistanda yerli Alpaqut Federasiyasının yaradılması və Asiya regionu üzrə fəaliyyət göstərəcək regional federasiyanın təsisi məsələlərinə dair ilkin razılıq əldə olunub. Tərəflər regional əməkdaşlığın genişləndirilməsi, idman diplomatiyasının gücləndirilməsi və alpaqut döyüş sənətinin beynəlxalq miqyasda tanıdılması ilə bağlı məsələləri müzakirə ediblər.

Chosen
0
90deqiqe.az

1Sources