EN

ABŞ-nin Gürcüstandakı səfirliyi Tbilisidə üç ticarət mərkəzində partlayış təhlükəsi ilə bağlı bəyanat yayıb

ABŞ-nin Gürcüstandakı səfirliyi Tbilisidə yerləşən üç ticarət mərkəzində partlayış təhlükəsi ilə bağlı bəyanat yayıb.

APA-nın Tbilisi müxbirinin verdiyi xəbərə görə, diplomatik nümayəndəliyin bəyanatında Tbilisidəki “East Point” Ticarət Mərkəzi, “Galleria Tbilisi” və “Tbilisi Mall” ticarət mərkəzlərində partlayış təhlükəsi ilə bağlı məlumat daxil olduğu qeyd edilib.

Səfirlik əlavə məlumat əldə olunan kimi ictimaiyyətə yenidən məlumat veriləcəyini qeyd edib.

Bəyanatda həmçinin deyilir ki, səfirliyin Regional Təhlükəsizlik İdarəsi əməkdaşlara bu ərazilərdən uzaq durmağı tövsiyə edib.

Gürcüstanın hüquq-mühafizə orqanları məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Chosen
0
9
sherg.az

10Sources