AZ

Üç ticarət mərkəzində partlayış təhlükəsi barədə xəbərdarlıq edilib

ABŞ-nin Gürcüstandakı səfirliyi Tbilisidə ticarət mərkəzlərində partlayış təhlükəsi ilə bağlı daxil olan məlumatla əlaqədar öz saytında fövqəladə xəbərdarlıq edib.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, səfirliyin Tbilisidəki regional təhlükəsizlik idarəsi səfirliyin bütün əməkdaşlarına növbəti xəbərdarlığa qədər bu ərazilərdən uzaq durmağı tövsiyə edib.

Əlavə məlumat verilməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti hələlik bu xəbəri şərh etməyiblər.

Seçilən
0
9
avtosfer.az

10Mənbələr