Serbiyalı tennisçi Novak Cokoviç Los-Anceles-2028 Olimpiadasına kimi karyerasını davam etdirmək niyyətindədir.
İdman.biz xəbər verir ki, bu barədə Fransa mətbuatında məlumat yer alıb.
"Böyük Dəbilqə" yarışlarının 24 qat qalibi Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu titulunu qazanıb. 3 il sonra keçiriləcək olimpiadada Cokoviçin 41 yaşı olacaq. O, Los-Ancelesdə titulunu qorumaq arzusundadır.
Qeyd edək ki, Novak daha bir "Böyük Dəbilqə"də qalib gələcəyi təqdirə mütləq rekordçu olacaq.
İdman.biz