EN

Hindistanda təlimlərə başlanıldı - Elektrik enerjisi kəsildi

BAKI, 7 may. TELEQRAF

Hindistanın paytaxtı Yeni Dehlidə şəhər rəhbərliyi tərəfindən elektrik enerjisinin verilişi dayandırılıb.

Teleqraf xəbər verir ki, hazırda şəhər tamamilə işıqsız qalıb və sakinlər qaranlıqda qalmağa məcbur olublar.

Elektrik enerjisinin kəsilməsi planlaşdırılmış tədbir kimi qiymətləndirilir. Məlumata görə, bu addım Hindistanın Pakistanla sərhəddə gərginlik fonunda keçirdiyi mülki müdafiə təlimləri çərçivəsində atılıb.

Mülki müdafiə təlimləri əhalinin hava hücumu xəbərdarlığına hazırlığını artırmaq məqsədi daşıyır. Təlimlər məktəblər, bazarlar, ofis binaları və şəhər hava limanı da daxil olmaqla altı müxtəlif məkanda keçirilib.

Hazırda enerji təchizatının nə vaxt bərpa ediləcəyi barədə məlumat verilməyib.

Chosen
0
1
teleqraf.com

2Sources