İtaliyanın “Fiorentina” klubunda baş məşqçisi Raffaelle Palladino ilə müqavilənin müddəti artırılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “bənövşəyilər”in mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssislə yeni sözləşmənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
“Fiorentina” A Seriyasında 35 turdan sonra 39 xalla 8-cidir. Komanda Konfrans Liqasında yarımfinalda mübarizə aparır. İtaliya təmsilçisi ilk oyunda “Betis”ə uduzub – 1:2.