EN

İmzalanmış sənədlərin nəticələrinin uğurlu olacağına inanıram - İlham Əliyev

Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlərdə məsələlər geniş müzakirə edildi.

Missiya.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında deyib.

“İmzalanmış sənədlərin nəticələrinin uğurlu olacağına və konkret layihələrə çevriləcəyinə inanıram. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız mübadilələr deməyə əsas verir ki, yaxın gələcəkdə biz bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik”, - dövlət başçısı vurğulayıb.

Chosen
0
15
missiya.az

10Sources